Bakıda qətl hadisəsi baş verib.
Denmedia.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində qeydə alınıb.
Bildirilib ki, 42 yaşlı Rafət Ağalarov həyat yoldaşı, 4 uşaq anası 40 yaşlı Esmira Ağalarovanı boğaraq öldürüb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rafət Ağalarov saxlanılaraq istintaqa təhvil verilib.
İddiaya görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Qətlin də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verdiyi ehtimal olunur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

