Rusiya Prezidenti Vladimir Putin ölkədən nağd rubl çıxarılması qaydalarını sərtləşdirib.
Hüquqi informasiya portalında yerləşdirilən məlumata görə, yeni məhdudiyyətlərə əsasən, fiziki şəxslər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd pul çıxara bilməyəcəklər. Müvafiq dəyişikliklər sentyabrın 29-da imzalanan fərmanda əksini tapıb.
Hüquqi şəxslər və fərdi sahibkarlar üçün qaydalar daha sərtdir. Onlara məbləğdən asılı olmayaraq nağd rublun Azərbaycan, Tacikistan və Özbəkistana çıxarılması qadağan edilir.
Beləliklə, yeni qaydalar nağd rublun ölkədən çıxarılmasına tətbiq olunan məhdudiyyətləri Aİİ üzvləri ilə yanaşı, Azərbaycan, Tacikistan və Özbəkistana da şamil edir.

