Yunan qabağı (kabaçki) yüksək təzyiq və ürək-damar xəstəlikləri olan insanlar üçün faydalı tərəvəzlərdən biri ola bilər.
Bu barədə Primorye Səhiyyə Nazirliyinin baş dietoloqu, Sakit Okean Dövlət Tibb Universitetinin Profilaktik Tibb İnstitutunun dosenti, tibb elmləri namizədi Olqa Yamilova bildirib. Onun sözlərini RİA Novosti yayıb.

Mütəxəssisin sözlərinə görə, kabaçkinin tərkibində natriumun az olması onu hipertoniyadan əziyyət çəkən insanlar üçün uyğun məhsula çevirir. O, bu tərəvəzin ürək-damar xəstəlikləri və ödemə meyilliliyi olan şəxslər üçün də faydalı olduğunu bildirib.
Dietoloq kabaçkinin şəkərli diabetin və artıq çəkinin profilaktikası zamanı da rasiona daxil edilməsini tövsiyə edib.
Yamilovanın sözlərinə görə, kabaçki kalium, maqnezium, fosfor, kalsium, dəmir, C, B1, B2, B6, PP vitaminləri və karotinlə zəngindir.

Mütəxəssis xüsusilə tərkibindəki qida liflərinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, liflər bağırsaq fəaliyyətini yumşaq şəkildə stimullaşdırır, mikrofloranın vəziyyətini yaxşılaşdırır, artıq xolesterinin və toksinlərin orqanizmdən xaric olunmasına kömək edir.

