29 
may
2023
17:58
209

Cəlilabadda kartofun qiyməti kəskin UCUZLAŞDI

29 may, 2023
17:58
209

Cəlilabadda kartofun qiyməti kəskin UCUZLAŞDI

Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.

Den.az xəbər verir ki, bu barədə “Report”a bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb.

Qeyd olunub ki, bir neçə həftə əvvəl 0,6-1 manata satılan kartofun indiki qiyməti 0,2-0,25 manat civarındadır.

Sahibkarlar məhsulun bu qiymətə satışının məhsulun yetişdirilənədək sərf olunan xərcləri ödəmədiyini söyləyiblər.

Amma onlar kartofun xarab olmaması üçün satmağa məcbur olduqlarını bildiriblər.

Qeyd edək ki, Cəlilabadda yetişdirilən kartof məhsulu daha çox Rusiya bazarlarına ixrac olunur.//Report

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar