Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin həbs müddəti uzadılıb.
Nəsimi Rayon Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rüfət Qasımzadə və onunla birlikdə saxlanılan Məmməd Məmmədzadə barəsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.
Xatırladaq ki, Rüfət Qasımzadə və Məmməd Məmmədzadə ötən ay məhkəmənin qərarı ilə həbs ediliblər.
Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

