Naxçıvana İran dron hücumu zamanı yaralanan üç nəfər evə buraxılıb.
Denmedia.az report-a istinadən xəbər verir ki, yaralıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün həkimlər onları ambulator müalicəyə göndəriblər.
Məlumata görə, xəsarət alanlardan biri – Əsəd Cəfərovun müalicəsi isə hələ də xəstəxanada davam etdirilir və o, həkim nəzarəti altındadır.
Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan Muxtar Respublikasında bir neçə obyektə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb.
Hadisədən sonra İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb, Azərbaycan isə cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

