Ucar sakini bədbəxt hadisə nətiçəsində həyatını itirib.
Denmedia.az-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qulabənd kəndində baş verib.
Belə ki, rayon sakini, 1988- ci il təvəllüdlü Elvin Muxtar oğlu Xankişiyev qonşunun həyatyanı sahəsindən xurma ağacından dəmir nərdivanla meyvə yığmaq istəyənkən ağacın yaxınlığından kecən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.
Meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.

