ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin kəskin ucuzlaşmasını İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamayacağına dair gözləntilərlə əlaqələndirib.
Bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Neftin qiyməti sürətlə aşağı düşür, bir barel təxminən 10 dollar ucuzlaşıb. Bu, rekord göstəricidir. Çünki insanlar İranla müharibə olmayacağını hiss edirlər”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti bildirib ki, İran mümkün qədər tez razılığa gəlmək istəyir.
Trampın sözlərinə görə, belə bir razılaşmanın əldə olunması mümkündür.

