ABŞ-nin Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm hadisəsi qeydə alınıb.
Bu barədə Nyu-York ştatının qubernatoru Keti Hokul (Kathy Hochul) “X” sosial şəbəkəsində məlumat yayıb.
Qubernator bildirib ki, Lyuis dairəsində bir uşaq qızılca xəstəliyindən həyatını itirib.
Hokul son 30 ildə ştatda qeydə alınan ilk qızılca ölümünü ABŞ federal hökumətinin siyasəti ilə əlaqələndirib.
Onun sözlərinə görə, federal hökumət amerikalıların xəstəliklərdən qorunması sahəsində əvvəllər əldə edilmiş nailiyyətləri bilərəkdən heçə endirir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına əsasən, bu il ölkədə 4852 təsdiqlənmiş qızılca hadisəsi qeydə alınıb.

