Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiri bildirib ki, Həcc ziyarəti üçün sənəd qəbulu aprel ayının ilk həftəsinin sonuna qədər uzadılıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, kvota artıq 92% dolub və vətəndaşlara müraciət olunub:
“Həccə getmək istəyənlər qeydiyyatı gecikdirməsin və ən qısa zamanda müraciət etsin.”
Daha əvvəl son tarix Ramazan ayının sonu kimi müəyyən edilmişdi.
Qeyd edək ki, bu il bir nəfər üçün Həcc paketinin qiyməti 6100 ABŞ dollarıdır.
Həcc ziyarətində iştirak üçün tələb olunan sənədlər:
- Xarici pasport (ən azı 1 il etibarlı olmalıdır)
- Şəxsiyyət vəsiqəsinin surəti
- 5×5 sm ölçüdə 2 ədəd rəngli foto (qadınlar üçün tünd hicabda)
- Tibbi arayış

