Sumqayıt şəhərində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Denmedia.az xəbər verir ki, mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım tədbiri çərçivəsində iştirakçılar Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Qalib əsgər abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları ziyarət olunaraq üzərlərinə tər çiçəklər qoyulub, əziz xatirələri dərin ehtiramla yad edilib.

