Bu gün səhər Gürcüstanın Qardabani–Tbilisi dəmir yolu sahəsində elektrik enerjisinin verilməsində yaranan problem səbəbindən Bakı–Tbilisi marşrutu üzrə hərəkət edən sərnişin qatarında gecikmə baş verib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, nasazlığın aradan qaldırılması gözlənildiyindən uzun çəkib. Gözləmək istəməyən sərnişinlərə Qardabani stansiyasında qatardan enmək imkanı yaradılıb.
Nəticədə qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanın müxtəlif bölgələrində elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunub.

