Bakı — Tbilisi — Bakı marşrutu üzrə sərnişin qatarı reysə başlayıb. Bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.
Qatar mayın 26-da saat 08:41-də Tbilisiyə çatacaq.
Qatarın Tbilisidən yola düşməsi həmin gün saat 21:00-a planlaşdırılıb. Onun Bakıya çərşənbə günü saat 06:24-də çatacağı gözlənilir.
Azərbaycan ərazisində qatar Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq.
Gürcüstanda isə Qardabani stansiyasında və Tbilisi Dəmir Yolu Vağzalında dayanacaqlar nəzərdə tutulub.

