Türkiyədən Azərbaycana idxal olunan nektarin tinglərində karantin virusu aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, “Aqro-Mədrəsə” ASC-nin idxal etdiyi 12 500 ədəd nektarin tingindən laborator müayinə üçün nümunələr götürülüb.
Aparılan analizlər nəticəsində tinglərdə gavalı şarkası virusu — “Plum pox virus” müəyyən edilib.
Aşkarlanmış pozuntu ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. İdxalçının müraciəti əsasında bütün ting partiyası AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.




