Tələbə Təhsil Kreditləri Fondu 2026/2027-ci tədris ilinin payız semestri üçün müraciətlərin qəbuluna 3 avqustdan başlayacaq.
Dövlət Elm və Ali Təhsil Agentliyinin məlumatına görə, müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul ediləcək.
Müraciət etmək hüququna malik olanlar:
- 2026/2027-ci tədris ili üzrə magistraturaya qəbul olunan tələbələr;
- ali məktəblərin, orta ixtisas və peşə təhsili müəssisələrinin ikinci və daha yuxarı kurs tələbələri;
- bakalavriatın birinci kursuna qəbul olunanlar isə ixtisas seçimi və qeydiyyat prosesi başa çatdıqdan sonra müraciət edə biləcəklər.
Magistraturaya qəbul olunan tələbələr təhsil kreditini portal.edu.az üzərindən qeydiyyat zamanı da rəsmiləşdirə biləcəklər.
Standart tələbə təhsil krediti üçün birinci tədris ilinin ilk semestrinə müəyyən edilən minimum göstəricilər belədir:
- Subbakalavriat: 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda 40 bal;
- Bakalavriat: 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda 100 bal;
- Magistratura: 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda 30 bal;
- SAT nəticəsi ilə qəbul olunanlar: ən azı 1200 bal;
- Texniki peşə və yüksək texniki peşə proqramları: attestat üzrə orta bal ən azı 3.
Bu minimum göstəricilər yalnız standart tələbə təhsil kreditlərinə aiddir. Sosial tələbə təhsil kreditləri üçün minimum keçid balı nəzərdə tutulmayıb.
2026/2027-ci tədris ilində bakalavriat və subbakalavriat proqramlarına qəbul olunan tələbələr isə ixtisas seçimi və təhsil müəssisəsində qeydiyyat tamamlandıqdan sonra müraciət edə biləcəklər.

