Azərbaycanda dövlət peşə təhsili müəssisələrində 2026/2027-ci tədris ili üzrə illik təhsil haqları müəyyənləşdirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib ki, ənənəvi proqramlar üzrə illik ödənişlər belə olacaq:
- İlk peşə təhsili — 500–800 manat
- Texniki peşə təhsili — 500–1700 manat
- Yüksək texniki peşə təhsili — 1280–2710 manat
Tərəfdaş təşkilatlarla birlikdə həyata keçirilən sertifikat proqramlarının illik təhsil haqqı isə 2500–6500 manat arasında dəyişəcək.
2026/2027-ci tədris ili üzrə qəbul 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə aparılır. Ümumilikdə ayrılan 33 120 plan yerindən 8695-i ödənişlidir.

