Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də ölkəni bürüyən kütləvi etiraz aksiyalarına hakimiyyətin hazırlıqsız olduğunu etiraf edib.
BFMTV telekanalının məlumatına görə, Makron bu barədə Marsel şəhərinə səfəri zamanı danışıb.
Fransa lideri bildirib ki, hakimiyyət etirazların bu qədər genişmiqyaslı qarşıdurmalara çevriləcəyini gözləməyib. Nəticədə Marseldə və ölkənin digər şəhərlərində ictimai asayişi qorumaq üçün kifayət qədər polis qüvvəsi səfərbər edilməyib.
“Həqiqət budur ki, oktyabrın 17-də həm Marseldə, həm də digər şəhərlərdə kifayət qədər hüquq-mühafizə qüvvəsi yox idi. Çünki baş verəcəkləri qətiyyən gözləmirdik”, – deyə Makron etiraf edib.

