Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulmuş, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi ərazilərdə yağış yağacağı ehtimal olunur.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13–15, gündüz isə 16–19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 55–65 faiz təşkil edəcək.
Bölgələrdə isə hava şəraitinin daha dəyişkən olacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Ayrı-ayrı şərq rayonlarında leysan, şimşək çaxması və dolu ehtimalı var. Bəzi ərazilərdə arabir duman müşahidə olunacaq.
Rayonlarda əsasən şərq küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu bölgələrdə gecə 12–15, gündüz 18–21 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0–5, gündüz 5–9 dərəcə isti olacaq.

