Ucar Rayon Mərkəzi Xəstəxanasında külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə vəzifəli şəxs həbs edilib.
Xəstəxananın aptek bölməsinə rəhbərlik edən Qüdrət Qarayev 100 min manatadək vəsaiti mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə Qarayev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Cinayət işi üzrə zərərçəkmiş tərəf qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tanınıb.

