İngiltərədə “Arsenal” və “Liverpul” klublarının sabiq futbolçusu Cermeyn Pennant it hücumuna məruz qalaraq ağır yaralanıb.
Hadisə 43 yaşlı keçmiş futbolçu öz itini gəzdirərkən baş verib.
Məlumata görə, başqa bir itin hücumuna məruz qalan Pennant öz itini qorumağa çalışarkən ayağından ciddi xəsarət alıb.

Keçmiş futbolçunun yarasına 50-dən çox tikiş qoyulub.
Pennant hücumdan sağ çıxmasında Kinq adlı itinin böyük rol oynadığını bildirib.

“O, həyatımı xilas etdi. Kinq daha balaca bir it olsaydı, heç bir şansım qalmazdı”, – deyə sabiq futbolçu söyləyib.

