Azərbaycana girişi qadağan edilən türkiyəli jurnalist Məhəmməd Əmin Yıldırım İstanbulda saxlanılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, “Köklü Değişim Medya”nın İstanbul təmsilçisi olan jurnalist sosial şəbəkə hesabındakı paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanılıb.
Media qurumu jurnalistin saxlanılması faktını təsdiqləyərək hüquqi prosesi vəkili vasitəsilə izlədiyini bildirib.
Qeyd edək ki, Məhəmməd Əmin Yıldırım Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilən və ölkəyə girişi qadağan olunan 31 Türkiyə vətəndaşından biridir.

