Salyan rayonunda ailə üzvləri arasında baş verən qanlı hadisə ölümlə nəticələnib.
Hadisə rayonun Sarvan kəndində qeydə alınıb. İlkin məlumata görə, kişi bıçaqla anasına, atasına və həyat yoldaşına xəsarətlər yetirib.
Aldığı ağır xəsarətlər nəticəsində ana hadisə yerində həyatını itirib. Digər iki yaralı isə xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, xəsarət alanlar 1966-cı il təvəllüdlü Ağabala İsmayılov və onun gəlini, 1988-ci il təvəllüdlü Təranə İsmayılovadır.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

