Bakıda daha bir kütləvi dava baş verib.
Denmedia.az azxeber.com-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən “Təbrik” şadlıq sarayının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, iki qrup gənc arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə sonradan kütləvi davaya çevrilib.
Məlumata görə, insidentlə bağlı polis araşdırma aparır.

