Bakının Qaradağ rayonunda bir sıra küçələrdə aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət qoyulacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, rayonun Sahil qəsəbəsində Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işlərinə başlanılır.
Bundan başqa, Vaqif Ələkbərov küçəsində aparılan təmir işləri davam etdirilir.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaq və təmir aparılan ərazilərdə diqqətli olmaq xahiş edilir.

