Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə Rusiya telekanallarının sayını azaltmağın zəruriliyini bəyan edib.
Den.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
"Hesab edirəm ki, bizim ictimai multipleksdə xarici televiziya şirkətlərinin mövcudluğu xeyli azaldılmalıdır", - deyə o bildirib.
Ermənistanda ictimai multipleks vasitəsilə yalnız Rusiyanın "Pervıy kanal", "Kultura" və "RTR-Planeta" telekanalları retranslyasiya edilir.
Ellada Rəsul
Den.az