Audiovizual Şuranın qərarı ilə "Kanal S” televiziya kanalının efiri 3 saatlıq dayandırılacaq.
Den.az bildirir ki, bu barədə Şuradan bildirilib.
Belə ki, regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Kanal S" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Kanal S" televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verilib.
Audiovizual Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Kanal S" televiziya redaksiyasının proqramlarının yayımını 5 iyul 2023-cü il tarixdə 3 saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul edib.
Azərbaycanda bu kanalın fəaliyyəti 3 saatlıq dayandırılır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.