Çinin Tanşan şəhərində azyaşlı qız binanın 25-ci mərtəbəsindən yıxılsa da, sağ qalıb.
Den.az Beijing News-a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri məlumat verib.
Bildirilib ki, hadisə martın 27-də baş verib. Nəticədə azyaşlıya sınıq diaqnozları qoyulub. Azyaşlı bir neçə əməliyyat keçirib və artıq xəstəxanadan evə qayıdıb.
Sağ qalması inanılmaz sayılan "möcüzəli qız" Çinin sosial şəbəkəsində məşhurlaşıb.