13 
fev
2024
13:50
487

"Tiktoker" Adəmin atası ilə bağlı tədbir görüldü

13 fev, 2024
13:50
487

"Tiktoker" Adəmin atası ilə bağlı tədbir görüldü

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.
 
Den.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır:
 
“Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin Tiktok sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar