İran dövlət televiziyası İsrailin hücumlarından sonra Prezident Məsud Pezeşkiyanın videomüraciətini yayımlayıb.
Den.az xəbər verir ki, o, İsrailə sərt cavab verəcəklərini və düşməni hərbi müdaxiləyə görə peşman edəcəklərini deyib. Pezeşkian, “Bütün beynəlxalq öhdəlikləri pozan bu qəddar əməl, öz varlığını işğal, təcavüz və körpə qətliam üzərində quran qeyri-qanuni sionist rejimin cinayətkar mahiyyətini təsdiq edir. Əlbəttə, ölkə rəhbərliyi və İran xalqı bu cinayət qarşısında səssiz qalmayacaq, İran İslam Respublikasının qanuni və sərt cavabı düşməni öz axmaq əməlindən peşman edəcək” - deyə bildirib.
Pezeşkian İsrailin hücumlarına cavab olaraq ölkənin bütövlüyünün qanuni müdafiəsi istiqamətində də qətiyyətli addımlar atacaqlarını bildirib. Xalqı birliyi və bütövlüyü qorumağa çağıran Pezeşkian, düşmənin psixoloji müharibəsinə qulaq asmamasını və hakimiyyətə köməklik göstərilməsini xahiş edib.