Noyabrın 6-da Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində yenidən müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisi təchizatında gözlənilən fasilələr transformator məntəqələrində aparılacaq planlı təmir işləri ilə əlaqədardır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq və Şəfayət Mehdiyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.
Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Əli Vəliyev küçəsi, 16 ünvanında elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq” ASC-dən qeyd olunub ki, təmir işləri elektrik təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması, eləcə də elektrik enerjisinə artan tələbatın qarşılanması məqsədilə həyata keçiriləcək.

