Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda baş verən silahlı hücum nəticəsində yeddi nəfər həyatını itirib.
İHA xəbər agentliyinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən və qırmızı rəngli avtomobillə qaçan şəxsin axtarışları davam etdirilir.
Rayonun Ayazini və Kıyır kəndlərində iki avtomobilin içərisində güllə yaraları olan beş nəfərin meyiti aşkarlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, şübhəli şəxs həmin qətllərdən sonra başqa əraziyə gedərək daha iki nəfəri pompalı tüfənglə güllələyib.
Jandarma əməkdaşları qətllərin baş verdiyi yaşayış məntəqələrinin giriş və çıxışlarını bağlayıblar.
Silahlı hücumun motivi hələlik müəyyən edilməyib.

