ABŞ Dövlət Departamentinin adının açıqlanmadığı rəsmisi bildirib ki, Vaşinqtonun ən az istədiyi şey NATO-nun Rusiya ilə genişmiqyaslı müharibəyə sürüklənməsidir. DenMedia.az xəbər verir ki, bu barədə Fox News xəbər verib.
“Belə bir münaqişənin necə bitəcəyini yalnız Tanrı bilir”, — deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, potensial müharibələr həmişə “böyük partlayışla” başlamır. Daha çox addım-addım gərginliyin artması nəticəsində yaranır və sonradan “toksiklik spiralına” çevrilə bilər.
ABŞ rəsmisi əlavə edib ki, əsas prioritet səbr, sülh və NATO müttəfiqlərinin birbaşa qarşıdurmadan kənarda qalmasıdır.