“Fung-Vong” tayfunu Tayvanda güclü leysanlara və daşqınlara səbəb olub, – Channel News Asia xəbər verir.
Son məlumatlara görə, 51 nəfər xəsarət alıb, 8 mindən çox sakin təxliyə olunub.
Adanın cənub bölgələrində məktəblər və ofislər bağlanıb.
Bununla belə, bildirilir ki, “Fung-Vong” artıq gücünü itirir və günün ikinci yarısında Tayvanın cənub nöqtəsinə çatdıqdan sonra Sakit okeana tərəf irəliləyəcək.

