Niderland Kralı Villem-Aleksandrın həyat yoldaşı, Kraliça Maksima hərbi hazırlığı başa vurduqdan sonra quru qoşunlarının ehtiyatda olan zabiti kimi polkovnik-leytenant rütbəsi alıb.
Bu barədə Niderland Kral Sarayının mətbuat xidməti məlumat yayıb.

Kraliça Maksima ehtiyatda olan daha 23 zabitlə birlikdə quru qoşunlarının komandanı, general-leytenant Yan Svillens qarşısında hərbi and içib.

Andiçmə mərasimi cümə günü Breda şəhərində yerləşən Kral Hərbi Akademiyasında keçirilib. Hərbi hazırlıq proqramını tamamlayan və and içən kraliçaya polkovnik-leytenant hərbi rütbəsi verilib.

