Fransanın məşhur Christian Dior brendi Rusiyada Gem Dior ticarət nişanını qeydiyyatdan keçirib.
Bu barədə TASS, Federal Əqli Mülkiyyət Xidmətinə istinadən məlumat verib. Qeyd olunur ki, qeydiyyat üçün müraciət 2024-cü il avqustun 1-də “Krisçian Dior kutyur” şirkəti tərəfindən təqdim edilib.
Rospatentin məlumatına görə, Gem Dior əmtəə və xidmətlərin beynəlxalq təsnifatının 14-cü sinfi üzrə qeydiyyatdan keçib. Bu sinif şirkətə həmin brend altında bijuteriya, zərgərlik məmulatları, həmçinin futlyarlar və saatlar istehsal etmək və satmaq imkanı verir. Dior brend üzrə 2034-cü ilə qədər müstəsna hüquqlar əldə edib.

