ABŞ Pentaqonu artıq Almaniya Müdafiə Nazirliyi ilə, o cümlədən Ukrayna ilə bağlı məsələlər üzrə, heç bir əlaqə saxlamır.
DenMedia.az xəbər verir ki, bu barədə alman generalı Kristian Freydinq The Atlantic nəşrinə açıqlama verib.
Freydinq bildirib ki, əvvəllər o, ABŞ rəsmiləri ilə daimi və operativ təmasda idi, lakin hazırda bu kommunikasiya tamamilə dayanıb. Hətta Vaşinqton Ukraynaya silah tədarükünün bir hissəsini dayandırmaq qərarı barədə Berlini əvvəlcədən məlumatlandırmayıb.
“Amerikalı nümayəndələrlə əlaqə saxlamaq üçün mən Vaşinqtondakı Almaniya səfirliyinə müraciət etməli oldum. Orada kimsə Pentaqonda əlaqə tapmağa çalışır,” — deyə general danışıb.

