İrlandiyada spirtli içkilərə yüksək vergilər və alkoqol istehlakının azalması fonunda ölkənin ənənəvi publari ciddi böhran yaşayır. The Guardian yazır ki:
“İrlandiya publari çətin vəziyyətdədir. Onlar kənd yerlərindən yoxa çıxır və paytaxtda belə bir çoxu sağ qalmaq uğrunda mübarizə aparır.”
Məlumatlara görə, 2005-ci ildən bəri ölkədə 2,1 mindən çox pub bağlanıb, bu isə hər il orta hesabla 112 pabın fəaliyyətini dayandırması deməkdir.
Qəzet vurğulayır ki, bu geriləməyə baxmayaraq, publər hələ də İrlandiya mədəniyyətinin ayrılmaz bir parçasıdır — filmlərdə, kitablarında yer alır və turistlər üçün əsas cazibələrdən biri olaraq qalır.

