Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2026 dünya çempionatının seçmə mərhələsində İrlandiya yığmasına qarşı keçirilən səfər oyununda birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Bu barədə TASS məlumat verib.
Matç zamanı Ronaldo İrlandiya müdafiəçisi Daru O'şiyə dirsəklə zərbə vurduğu üçün 61-ci dəqiqədə meydandan qovulub. Həmin ana qədər hesab İrlandiyanın xeyrinə 2:0 idi.
Buna baxmayaraq, Portuqaliya F qrupunda liderliyini qoruyur — komandada 10 xal var. Sonrakı yerlərdə Macarıstan (8 xal), İrlandiya (7) və Ermənistan (3) qərarlaşıb.
Son turda Portuqaliya evdə Ermənistanla, İrlandiya isə səfərdə Macarıstanla qarşılaşacaq. Hər iki oyun 16 noyabr tarixində baş tutacaq.

