Türkiyədə Marmara dənizi gözlənilmədən sahildən təxminən 20 metr geri çəkilib. Bu barədə Habertürk telekanalı məlumat yayıb.
Qeyri-adi hadisə Təkirdağın Marmara Ereglisi rayonunda baş verib.
Dəniz suyu sahildən təxminən 20 metr çəkilib, geri çəkilən ərazilərdə qumlu adacıqlar yaranıb, bir neçə qayıq isə dayazlıqda ilişib qalıb.
Baş verənlər yerli sakinlərdə təəccüb və narahatlıq doğurub.

