Bugün gün ərzində artıq ikinci dəfə Marmara dənizində zəlzələ qeydə alınıb.
DenMedia.az xəbər verir ki, sonuncu təkanın maqnitudası 4,0 olub, ocağı isə 7 km dərinlikdə yerləşib.
Xatırladaq ki, daha əvvəl — saat 14:55-də İstanbul yaxınlığında 5,2 maqnitudalı zəlzələ baş vermişdi. Onun episentri Tekirdağ bölgəsi açıqlarında, təxminən 6,7 km dərinlikdə qeydə alınıb.
Türkiyə mediasının yazdığına görə, təkanlar İstanbul da daxil olmaqla bir sıra şəhərlərdə hiss olunub.