ABŞ-ın keçmiş konqresmeni Mett Getz 2026-cı ildə Konqresə keçiriləcək aralıq seçkilərdə “əsl qırğın” olacağını proqnozlaşdırıb.
DenMedia.az xəbər verir ki, bu fikirlər amerikalı jurnalist Taker Karlsonun YouTube kanalında yayımlanan müsahibədə səsləndirilib.
Getzin sözlərinə görə, demokratlar ABŞ prezidenti Donald Trampa qarşı nifrəti birləşdirici amil kimi uğurla səfərbər edir və məhz bu, qarşıdan gələn seçki kampaniyasında həlledici faktor olacaq.
“Düşünürəm ki, aralıq seçkilərdə bizi əsl qırğın gözləyir. Bunun bir neçə səbəbi var və əsas səbəb tarixi təcrübədir”, — deyə Getz bildirib.

