Emerson College Polling tərəfindən cümə axşamı dərc edilən sorğunun nəticələrinə görə, amerikalıların cəmi 41%-i ABŞ prezidenti Donald Trampın fəaliyyətini müsbət qiymətləndirir.
Məlumata əsasən, ilin əvvəlindən bəri Trampın fəaliyyətinə dəstək 8 faiz bəndi azalıb. Yanvar ayında bu göstərici 49% idi.
Respondentlərdən, əgər 2026-cı ildə planlaşdırılan Konqresə aralıq seçkilər hazırda keçirilsəydi, kimə səs verəcəkləri də soruşulub. 44% demokratların namizədinə, 42% respublikaçıya səs verəcəyini bildirib. Qalan iştirakçılar isə hələ qərar vermədiklərini deyiblər.
Sorğu həmçinin göstərib ki, amerikalıları ən çox ölkədəki iqtisadi vəziyyət narahat edir. Daha sonra demokratiyanın durumu, səhiyyə sistemi və immiqrasiya məsələləri gəlir.
Araşdırma 14–15 dekabr tarixlərində aparılıb və təxminən 1000 rəsmi qeydiyyatdan keçmiş seçici iştirak edib.

