Kiyev vilayətində güclü partlayış səsləri eşidilib. Bu barədə yerli hərbi administrasiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş verənlər hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyəti ilə əlaqədardır. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu qeyd etsələr də, təhlükəsizlik səbəbindən sakinlərə çağırış edilib.
“Hadisə yerindən foto və videoların yayılmasından çəkinin,” — deyə administrasiyanın müraciətində vurğulanıb.
Kiyev vilayəti ilə yanaşı, ölkənin daha altı regionunda da hava həyəcanı elan olunub. Hazırda mümkün dağıntılar və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

