Nigeriya hakimiyyəti ABŞ-ın ölkənin şimal-qərb bölgəsində terrorçulara qarşı hava zərbələri endirdiyini rəsmi şəkildə təsdiqləyib.
Nigeriya Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə bildirilib ki, ölkə terror təhlükəsinə qarşı mübarizə çərçivəsində beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir.
“Nigeriya hökuməti terrorizm təhlükəsinə qarşı mübarizə məqsədilə ABŞ daxil olmaqla beynəlxalq tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir,” — deyə XİN-in açıqlamasında qeyd olunub.
Nazirlik vurğulayıb ki, bu əməkdaşlıq çərçivəsində Nigeriyanın şimal-qərbində terrorçu hədəflərə qarşı dəqiq hava zərbələri həyata keçirilib. Əməliyyatların konkret detalları açıqlanmayıb.

