Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət başçısının fərmanı ilə bütün dövlət mükafatlarından məhrum edilib.
Müvafiq sənədi Qırğızıstan prezidenti Sadyr Japarov imzalayıb.
Fərmana əsasən, Atambayevin aldığı mükafatlar arasında Qırğız Respublikasının ali fəxri adı “Qırğız Respublikasının Qəhrəmanı”, “Manas” ordeninin II dərəcəsi, “Danaker” ordeni və “Dank” medalı yer alır.
Xatırladaq ki, Atambayev yay aylarında 11,5 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra o, beynəlxalq məhkəmə qarşısına çıxmağa hazır olduğunu bəyan edib.

