Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas X sosial şəbəkəsindəki paylaşımında Ukrayna hərbçilərinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etməsi faktına inanmadığını bildirib.
“Rusiyanın Ukraynanın Rusiya ərazisində yerləşən əsas hökumət obyektlərinə son zərbələri ilə bağlı bəyanatları diqqəti qəsdən yayındırmağa yönəlib”, — deyə Kallas yazıb.
Onun fikrincə, Moskva bu cür iddialarla Ukrayna üzrə nizamlanma danışıqlarını pozmağa çalışır.
Bundan əlavə, Aİ diplomatiyasının rəhbəri qeyd edib ki, “heç kim” Putinin iqamətgahına hücumla bağlı irəli sürülən faktlarla razılaşmamalıdır. Kallas bu iddiaları Rusiyanın “əsassız bəyanatları” kimi qiymətləndirib.

