Yəmənin cənubunun ayrılmasını dəstəkləyən Cənub Keçid Şurası Aidarus az-Zubaydinin rəhbərliyi ilə “Cənubi Ərəbistan” adlı yeni müstəqil dövlətin konstitusiya bəyannaməsini qəbul edib. Sənədə əsasən, yeni dövlətin paytaxtı Aden şəhəri olacaq.
Konstitusiya bəyannaməsində bildirilir ki, Cənubi Ərəbistan suveren dövlətdir və onun sərhədləri keçmiş Yəmən Xalq Demokratik Respublikasının beynəlxalq sərhədləri ilə üst-üstə düşür.
Sənəddə həmçinin qeyd olunur ki, Cənubi Ərəbistan ərəb və islam dünyasının bir hissəsidir, dövlətin rəsmi dili ərəb dili, dövlət dini isə islamdır. İslam şəriəti ölkədə əsas hüquq mənbəyi kimi müəyyən edilib.

