Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində uşaqların ictimai fəallığının artırılmasına həsr olunmuş yüksək səviyyəli tədbir təşkil olunub.
Denmedia.az xəbər verir ki, sözügedən tam orta ümumtəhsil məktəbinin direktoru Aygün Həsənovanın rəhbərliyi ilə reallaşan tədbirdə şagirdlərin cəmiyyətdə aktivliyinin artırılması, onların bacarıqlarının üzə çıxarılması və gənclərin inkişafı istiqamətində mühüm müzakirələr aparılıb.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Aynur Eyvazova, Abşeron-Xızı Regional Gənclər və İdman arəsinin əməkdaşı Zaur Əlizadə, Qeyri-Hökumət Təşkilatının sədri Zemfira Mustafayeva və Sumqayıt şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi Səbinə Həsənzadə iştirak edərək uşaqlara dəyərli tövsiyələr veriblər və onların ictimai həyatdaki rolunun əhəmiyyətini vurğulayıblar. Mükəmməl ab-havada keçən tədbir şagirdlərin böyük marağına səbəb olub və onların inkişafına mühüm töhfə verib.

