İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və iki ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

