İran ABŞ-nin Tehranın irəli sürdüyü yeddi şərtin hamısını yerinə yetirməyəcəyi təqdirdə Hörmüz boğazını açmayacağını bəyan edib.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, irəli sürülən tələblər İran xalqının hüquqlarını əks etdirir.
“Biz İran xalqının hüquqlarını əks etdirən yeddi şərtimizi elan etmişik. Bu şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq”, – deyə Rzayi vurğulayıb.

